Əfqanıstandan qaçqın axını Rusiya üçün də təhlükədir - Qırğız politoloq (Eksklüziv)

Əfqanıstandan qaçqın axını Rusiya üçün də təhlükədir -    Qırğız politoloq (Eksklüziv)
  09 Sentyabr 2021    Oxunub:1898
“Düşünürəm ki, "Taliban"ın Mərkəzi Asiyaya nüfuz etməsi ilə bağlı birbaşa təhlükə yoxdur. Çünki bu gün vəziyyət bir az fərqlidir. Birincisi, Mərkəzi Asiya ölkələri KTMT, ŞƏT və bir sıra digər regional kollektiv təhlükəsizlik bloklarının üzvüdürlər. Əlbəttə ki, indi bir geosiyasi turbulentlik var və KTMT-nin Əfqanıstanla sərhədlərdə dəstək verəcəyini açıq şəkildə bildirən Rusiya rəhbərliyinin bəyanatı hamımıza məlumdur".
Bu fikirləri Azvision.az -ın rus redaksiyasına açıqlamasında qırğız politoloq Edil Osmonbetov deyib. Onun sözlərinə görə, hazırda Tacikistanda 201-ci rus diviziyası var, Rusiya, həmçinin Özbəkistana və Türkmənistana da kömək edəcək: "Yəni Rusiya hələ də Orta Asiyanı özünün vacib maraqlar zonası hesab edir. Çox gözəl başa düşürlər ki, “Taliban” Mərkəzi Asiyaya girərsə, Rusiyaya çox sayda qaçqın gedəcək. Onlar qaçqınların qəbuluna qarşı çıxdılar, çünki kimin terrorçu, kimin əsl qaçqın olduğunu yoxlamaq çox çətin prosesdir. Bu, Rusiya üçün birbaşa təhlükədir ”.

O xatırladıb ki, Qırğızıstanda KTMT-nin Çevik Reaksiya Qüvvələrinin (CRRF) iştirak etdiyi “Rubej 2021” təlimi davam edir: “Sentyabrın sonunda, bu ilin payızında təlimlərin digər ölkələrdə də keçirilməsi planlaşdırılır. Hərbi-texniki baxımdan Rusiyanın bəzi mümkün ssenarilərə hazırlaşdığını söyləmək olar. Daha təhlükəli olan “Taliban” deyil, Mərkəzi Asiya ölkələrindən olan "yatmış" dini təriqətlərdir. Əfqanıstanda “Taliban”la yanaşı, Orta Asiyadan (əsasən Özbəkistan və Tacikistan) gələn mühacirlər var və əlbəttə ki, taliblərin “blitskriq”i belə bir "uğurlar" əldə etməkdə onlar üçün ikinci nəfəs aça bilər. Təbii ki, Mərkəzi Asiya ölkələrindən gələn gizli təriqətlər təhlükəlidirlər, çünki vəziyyəti qarışdıra bilərlər. Ona görə də, düşünürəm ki, bu məsələ indi həssasdır, üstəlik, Rusiya Federasiyası "Taliban"la danışıqlar aparır".

Osmonbetov deyib ki, 2021-ci ildə Moskvada dəfələrlə görüşlər olub və onlar bu prosesi dayandırmağa çalışıblar: "Buna görə də, düşünürəm ki, bu gün Mərkəzi Asiya ölkələrinin gündəmində bir nömrəli məsələ Rusiya və Çinin tam təhlükəsizlik məsələsidir”. Onun sözlərinə görə, hazırda müdafiəyə, sərhədləri gücləndirməyə və təlimlər keçirməyə çoxlu pul xərcləmək tələb olunur.

- Hesab edirəm ki, “Taliban” qruplaşmasının Orta Asiyaya nüfuz etməsi məsələsi sadəcə bir problem kimi qarşıda dayanmır, eyni zamanda, qabaqlayıcı tədbirlər görülür. Rusiya Federasiyası özünə təsir edə biləcək siyasi nəticələri yaxşı başa düşür, ona görə də əllərindən gələni edəcəklər ki, “Taliban” və ya digər ekstremist təşkilatlar möhkəmlənə bilməsinlər, Orta Asiya ölkələri üçün təhlükə yaratmasınlar, - Osmonbetov bildirib.

Onun sözlərinə görə, bu həm Qazaxıstan, həm də Rusiya Federasiyası üçün birbaşa təhlükədir: "Rusiya və onun gələcəyi üçün geosiyasi həyatda qalma məsələsidir. Unutmamalıyıq ki, ABŞ qoşunlarını Əfqanıstandan çıxardıqdan sonra təhlükəsizliyin donor-qarantı oldu və 20 il ərzində Orta Asiya ölkələrinə iqtisadi və siyasi islahatlar aparmağa icazə verdilər. İndi heç bir seçim yoxdur və buna görə də Rusiya danışıqlar aparır. Bildiyimə görə, “Taliban” rəhbərliyi Mərkəzi Asiya ölkələrinə can atmayacağına, beynəlxalq miqyasda tanınmağa çalışacağına və islahatlarlar aparacağına zəmanət verib. Hadisələrin mənfi ssenarisinin qarşısını almaq üçün Rusiyanın "Taliban"la birbaşa dialoqu və təması var. Ancaq təəssüf ki, Orta Asiya ölkələri üçün hər şey üst-üstə düşdü - pandemiya, "Taliban"ın Əfqanıstanda yaratdığı vəziyyət, Orta Asiyanın daxilindəki hadisələr... Bu gün bütün ölkələri xarici təhdid və çağırışlar narahat edir. Üstəlik, bu ilin yazındakı çıxışı zamanı ABŞ Prezidenti Co Baydenin Rusiya və Çinin rəqib olduğunu və ABŞ-ın Çinin ilk qlobal güc olmasına heç vaxt icazə verməyəcəyini, ancaq bunun üçün çalışacağını açıq şəkildə söylədiyini unutmamalıyıq. Əlavə olaraq, bir mənfi cəhət də var - bu, Orta Asiya və Qafqaz ölkələrinin ABŞ, Rusiya və Çin kimi böyük dövlətlər arasında qarşıdurma meydanına çevrilməsidir ki, bu da çox arzuolunmazdır".

Pərvanə Sultanova
Azvision.az

Mövzu ilə bağlı digər yazılar:
Dörd divar arasında: Dünya əfqan qaçqınlarından qorunmağın yollarını axtarır
Cəhənnəmdən qaçış yoxdur: Əfqan miqrantları nə gözləyir – TƏHLİL
"Taliban" Mərkəzi Asiyaya müdaxilə etsə, Rusiya necə davranacaq? - Aleksandr Perendijevin şərhi (Eksklüziv)
Sem dayının kassası: Əfqanıstanda trilyonlar nəyə xərclənib – TƏHLİL
“Taliban”ın Orta Asiyaya sızması mümkündür – Tacik ekspert (Eksklüziv)
Moskva “Taliban”a görə Orta Asiyaya daha çox diqqət yetirməli olacaq - Ukraynalı ekspert



Teqlər: Əfqanıstan   Mərkəzi-Asiya   Taliban  





Xəbər lenti